Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

“Petro Poroshenko Bloku” nun Ali Radadakı fraksiyasının lideri Yuriy Lutsenko bildirib ki, keçmiş hakim koalisiya faktiki dağılıb və yeni hökumət üçün, yeni fraksiya yaradılmalıdır.

O bunu fevralın 26-da özünün Feysbuk səhifəsində yazıb.

Lutsenkonun sözlərinə görə “Özünəkömək” və “Batkivşina” partiyalarının hakim koalisiyadan çıxması dərin siyasi böhrandan xəbər verir.

O qeyd edib ki, parlamentdəki fraksiyaların rəhbərləri gələn həftə danışıqlara başlamalıdır.

Lutsenko bildirib ki, baş nazir Arseniy Yatsenyukun istefaya getmək istəməməsi nəin ki, ukraynalılar, həmçinin Ukrayna ilə onun qərb tərəfdaşları arasında etimadsızlığı dərinləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG