Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Kosovonun paytaxtı Priştinada müxalifət tərəfdarları ilə polis arasında toqquşma olub.

Polis fevralın 26-da parlament binasının ətrafına toplaşan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mərkəzi meydanda çadır quran müxalifət trəfdarları hökumətin istefası və vaxtındanəvvəl parlament seçkisi keçirilməsini tələb edirlər.

Polis aksiyaya etirazçılar binaya yandırıcı butulkalar atanda müdaxilə edib.

Müxalifət Kosovodakı serb rayonlarına böyük muxtariyyət verilməsi və Çernoqoriya ilə sərhədin yenidən təyin edilməsi ilə bağlı hökumətin planına qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG