Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

-

Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt ReAl Hərəkatının həbsdəki rəhbəri İlqar Məmmədovla görüşəcək.

Bu haqda P.Aqramunt APA-ya deyib.

O bildirib ki, İlqar Məmmədovla görüşməsi artıq təsdiq olunub:

“Ümid edirəm ki, heç bir problem çıxmaz. Bu, çox həssas bir məsələdir. Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qərarı da var. Ona görə də İlqar Məmmədov məsələsi bizim üçün vacibdir” deyə P.Aqramunt vurğulayıb.

İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG