Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:30

-

“ATƏT-in Bakı Ofisinin bağlanmasına baxmayaraq, Azərbaycan və Gürcüstanla praktiki əməkdaşlıqla bağlı müəyyən təşəbbüslər müzakirə edilir”.

Bunu ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

APA-nın xəbərinə görə, baş katib Cənubi Qafqazın ATƏT-in fəal şəkildə cəlb olunduğu region olduğunu vurğulayıb. “Əməkdaşlığı daha da genişləndirmək üçün kifayət qədər imkanlar var” - deyə L. Zanyer qeyd edib.
ATƏT-in Bakı ofisi ötən il iyulun 4-də bağlanıb.

İyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Vyanadakı baş ofisinə məktub göndərmişdi. Məktubda bildirilirdi ki, Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür:
“ Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanan “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG