Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:16

-

Təhsil müəssisələri bundan sonra sahibkarlıq hesabına daha artıq qazana biləcəklər.

Nazirlər Kabineti təhsil müəssisələrinin məşğul ola biləcəyi sahibkarlıq fəaliyyəti növlərinin dairəsini daha genişləndirib. Bu sahəni tənzimləyən qərar yenilənib:

“Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərara görə, orta məktəblər dövlətin ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların ödənişli tədris xidməti göstərə biləcəklər. Ödənişli təhsildə beynəlxalq proqramlarının tətbiqinə də icazə verilir.

Təhsil müəssisələrində ödənişlə məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili də mümkün olacaq. Yeni qaydalar təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsinə də icazə verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG