Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07

-

"Cənub Qaz Dəhlizi" layihəsi Avropa üçün yeni marşrut, yeni mənbə, yeni qaz tədarükçülərini təmin edir.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Trend-ə belə deyib.

M.Şefçoviç Xəzər regionu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayacağını vurğulayıb:

“Bütün strateji sənədlərimizdə "Cənub Qaz Dəhlizi" çox vacib şaxələndirmə marşrutu qismində qeyd edilir. Bu layihə Avropa üçün yeni marşrut, yeni mənbə, yeni qaz tədarükçülərini təmin edir. Buna görə də, bu layihəni çox dəstəkləyirik. "Cənub Qaz Dəhlizi" Avropa Birliyi üçün prioritet statusu almış ümumi maraqlara xidmət edən layihələr siyahımıza daxil edilib" - deyə Aİ rəsmisi vurğulayıb.

M. Şefçoviç deyib ki, Avropa Komissiyası layihənin reallaşdırılmasının gedişini çox diqqətlə izləyir. Hər şeyin qrafikə uyğun getməsi sayəsində Xəzər qazı Avropaya gözlənildiyindən tez çata bilər.

M.Şefçoviç fevralın 29-da keçiriləcək "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasında iştirak etmək üçün Bakıya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG