Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:47

Gürcüstanda müxalifət partiyasının lideri paytaxt Tbilisidə güllələnib.

Aleksi Petriashvili fevralın 26-ı səhər saatlarında qəbristanlığa gedərkən naməlum adamlar tərəfindən döyülüb və hər iki ayağından güllə yarası alıb.

Daxili İşlər Nazirliyi Petriashvilinin xəstəxanaya götürüldüyünü və həyatına təhlükə olmadığını bildirib.

Artıq insidentin bir sıra detallarına aydınlıq gətirilib, amma hələlik ətraflı açıqlama verilməyib.

Faktla bağlı cinayət işi açılıb.

45 yaşlı Petriashvili 2012-14-cü illərdə Avropa və Avroatlantikaya inteqrasiya üzrə nazir olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG