Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

“Suriyada döyüşlər davam etdiyindən, Ankara Suriya ilə bağlı atəşkəs razılaşmasının taleyindən dərin narahatdır”.

Bunu fevralın 26-da Ankarada keçirdiyi mətbuat konfransında prezidenti Racep Tayyip Erdoganın sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə Suriyada atəşkəs razılaşmasını dəstəkləyir və bu qərarın qəbulunda fəal rol oynayıb.

Amma Cenevrə danışıqları zamanı, ondan sonra və hazırda hadisələrin gedişinə baxanda, bizdə atəşkəsin gələcəyinə ciddi şübhə yaranır. Çünki Rusiya təyyarələri və Suriya prezidenti Bashar Assada sadiq qüvvələr əməliyyatları davam etdirirlər.

İbrahim Kalin bir daha Suriya hökumətini əvvəllər olduğu kimi sülh bəhanəsi ilə vaxt udmağa cəhddə günahlandırıb. O bildirib ki, Suriya hökuməti həmişə belə edib, amma bu dəfə ümid edirirk ki, nəticə başqa cür olacaq.

Məlumatlara görə fevralın 26-da Suriyanın qərbində ağır döyüşlər gedib, üsyançıların mövqelərinə havadan ağır zərbələr endirilib.

Qeyd edək ki, atəşkəs razılaşması fefralın 27-ə keçən gecə qüvvəyə minməlidir.

5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG