Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

Fevralın 26-da Kosovo parlamentində indiki xarici işlər naziri və keçmiş komandir Hashim Thacinin prezident seçilməsi ilə bağlı səsvermə gözlənilir.

1998-99-cu illərdə Serbiyaya qarşı separatçı müharibədə uğurlu döyüş aparan Thaci 120 yerlik parlamentdə dəstək qazanacağına ümidkə yanaşır.

Qeyd edək ki, səsvermə kosovoda siyasi gərginlik fonunda keçirilir.

Şəhərin mərkəzi meydanına toplaşan yüzlərlə müxalifət tərəfdarı, hökumətin istefası və vaxtındanəvvəl parlament seçkisi keçirilməsini tələb edir.

Müxalifət Kosovodakı serb rayonlarına böyük muxtariyyət verilməsi ilə bağlı Serbiya ilə razılaşmaya qarşı çıxır.

Müxalifət həmçinin Çernoqoriya ilə sərhədin yenidən təyin edilməsinə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG