Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:58

-

Xalq artisti İlhamə Quliyeva ürək çatışmazlığı və qan dövranının pozulmasından vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, hüquq-mühafizə qurumlarına İ.Quliyevanın vəfat etməsi barədə xəbər fevralın 25-də saat 12:30 radələrində çatıb. Prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət izləri aşkar edilməyib.

Mərhumənin meyiti qohumlarının xahişi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində ekspertizadan keçirilib. İlkin müayinə zamanı xalq artistinin ölümünə ürək çatışmazlığı və qan dövranının pozulmasının səbəb olduğu müəyyən edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG