Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

Messi 5 yaşlı əfqan fanatına forma göndərdi- [Video]


-

"Barselona"nın argentinalı ulduzu Leonel Messi 5 yaşlı əfqan fanatına avtoqraflı formasını hədiyyə edib.

Əfqanıstanın Qəzni əyalətindən olan Murtuza Akhmadi Messidən gələn formanı İnternetdə nümayiş etdirir.

5 dəfə "Qızıl top" mükafatına layiq görülən və dünyada ən sevimli futbolçulardan olan Messi pərəstişkarından internet vasitəsi ilə xəbər tutub.

Murtuza evlərinin həyətində üstünə Messi yazılmış polietilen "köynək"də top qovurdu.

Çünki əsil formanı almaq üçün valideyinlərinin pulu yoxdu.

Messi bundan xəbər tutanda balaca fanatını sevindirmək qərarına gəlib.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Həmçinin Əfqanıstanın gənclərdən ibarət yığması Murtuzaya özünəməxsus hədiyyə edir və o, Kabil stadioununda futbolçularla oyuna çıxır.

Murtuza kustar üsulla düzəldilən köynəkdə top qovur (Video)

Günün bütün mövzuları

XS
SM
MD
LG