Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Gürcü Kitab Mərkəzi daha bir gəncin romanını Avropaya tanıdır


Teona Dolenjashvili

Teona Dolenjashvili

-

Gənc gürcü yazıçı Teona Dolenjashvili-nin "Memphis" adlı kitabı 2008-ci ildə gürcü dilində çıxmışdı. İndi bu kitab Gürcüstan Kitab Mərkəzinin maliyyə dəstəyi ilə italyan dilinə tərcümə edilib.

"Memphis" kitabının italyan təqdimatında deyilir ki, bu, sevgi, xəyanət, ölüm, həyat haqqında romandır. 2009-cu ildə bu kitab Gürcüstanda "Saba" roman mükafatı alıb.

Kitabın İtaliyanın üç şəhərində Gürcü diasporasının xəttilə təqdimatı keçirilib.

"İtalyanlar mənə deyirlər ki, Avropanın şərqinin ən sonunda yerləşən Gürcüstanı, onun böyük mədəniyyəti, unikal əlifbası və çox maraqlı ədəbiyyatını yenidən kəşf etməliyik" - xanım yazıçı deyir.

Gürcüstan Kitab Mərkəzi dövlət qurumudur. İlin əvvəlində bu qurum bu il yaşı 40-dan aşağı olan müasir gürcü yazıçıların kitablarını Avropa dillərinə tərcümə və nəşr etdirəcəyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG