Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:17

Dini nəşrlərlə bağlı qaydalar dəyişdi


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

-

Azərbaycan Ədliyyə Nazirliyi «Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları»nda dəyişiklik edib. Sənədi ədliyyə naziri Fikrət Məmmədov imzalayıb. «Report»un xəbərinə görə, dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb edilir.

Sənədə əsasən, mətbu nəşr təsis etmək istəyən hüquqi, fiziki şəxs və ya onların səlahiyyətli nümayəndəsi çapdan 7 gün əvvəl iki nüsxədə tərtib olunan ərizə ilə Ədliyyə Nazirliyinə rəsmi müraciət etməyə borcludur.

Mətbu nəşri fiziki şəxs təsis edirsə, onun şəxsiyyətini təsdiq edən sənədin surəti tələb edilir. Hüquqi şəxs təsis etdikdə isə, nizamnamənin, redaktorun (baş redaktorun) şəxsiyyətini və onun ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunan surəti istənilir.

Bu prosesdə dövlət təşkilatlarının, beynəlxalq qurumların, yerli özünüidarəetmə orqanlarının, idarə və müəssisələrin adından istifadə edildikdə, buna dair həmin qurumların rəhbəri tərəfindən imzalanan yazılı razılıq lazımdır. Adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə də, buna dair həmin şəxslərin yaxın qohumlarının və ya vərəsələrinin yazılı icazəsi olmalıdır.

XS
SM
MD
LG