Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:55

-

«Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsman Aparatına 1982 müraciət daxil olub».

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilir.

Hesabatda deyilir ki, korrupsiya və başqa neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurasının həyata keçirdiyi tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb. Kobud qanun pozuntularına görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Bu şikayətlər əsasən məhkəmədə işə baxılma vaxtı, yer barədə bildirişin göndərilməməsi və ya gec göndərilməsindən olub. Bundan əlavə, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə bəzi hakimlərin əməl etməməsinə aid də şikayətləri var.

Üstəlik, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməyib. Məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi də bəzən narazılıqlara səbəb olub.

Bəzi şikayətlərdə isə süründürməçilik halları, qərarların icraya vaxtından yönəldilməməsi və hakimlərin icraya nəzarət etməməsi də əksini tapıb.
Parlamentə təqdim edilən bu hesabatın martın 4-də müzakirə ediləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG