Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

-

Azərbaycan prezidenti İlham Əliyev Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə Bakıda ucaldılan «Ana harayı» abidəsini ziyarət edib.

Hazırda Azərbaycan vətəndaşları Xocalı qurbanlarını yad edir

Yüzlərlə adam gələrək abidə önünə qərənfillər düzürlər. 24 il bundan öncə Xocalıya hücum zamanı qətlə yetirilən insanların xatirələrini sükutla yad edirlər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Qarabağdakı 366 alayının iştirakı ilə erməni silahlı qüvvələri Xocalını işğal ediblər. 7 min əhalisi olan Xocalı şəhərinin 613 nəfər sakini qətlə yetirilib. Qətlə yetirilənlərdən 63-ü uşaq, 100-ə qədəri qadın, 70 nəfəri ahıllar olub. 1300-ə qədər insan əsir götürülüb, onlardan 150 nəfərinin taleyindən indiyə kimi xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG