Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:02

Rusiya aviaşirkətləri iflas həddində


Transaero işçiləri hüquqlarını müdafiə aksiyasında, noyabr, 2015-ci il

Transaero işçiləri hüquqlarını müdafiə aksiyasında, noyabr, 2015-ci il

-

Rusiya xəbərdarlıq edir ki, daha çox aviaşirkəti iflas edə bilər. Ötən oktyabrda Transaero şirkəti iflasa uğramışdı.

“Aviaşirkətlərin itkiləri çoxalıb və tələb artmasa, iflas riskini istisna etmirik”, nəqliyyat nazirinin müavini Valery Okulov fevralın 25-də Moskvada deputatlara deyib.

Rosaviation yanvarda sərnişin sayının bir il öncə ilə müqayisədə 6 faiz düşdüyünü bildirib.

Beynəlxalq sərnişin sayı 26 faiz azalıb, yerli marşrutlarla sərnişin sayı isə 11 faiz artıb.

Bu rəqəmlər Rusiya iqtisadi böhtanının səyahətlərə təsirini göstərir. Ötən payız Misirdə Rusiya təyyarəsinin vurulması da təsirsiz ötüşməyib.

Bundan başqa, Rusiya vətəndaşlarına Türkiyəyə getməmək xəbərdarlığı da edib. Səbəb noyabrda Ankaranın Suriya ilə sərhədində Rusiya təyyarəsini vurması olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG