Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Şaxta qəzasında azı 2 nəfər həlak olub


Kemerovo regionunda kömür şaxtası, arxiv fotosu

Kemerovo regionunda kömür şaxtası, arxiv fotosu

-

Rusiyanın şimalında şaxta qəzasında azı iki şaxtaçı həlak olub, 28 nəfər itkin düşüb. Səbəb şaxtanın bir hissəsinin çökməsidir.

Komi vilayətində yerləşən Severnaya şaxtasının sahibi Vorkutaugol açıqlamasında bildirib ki, 80 şaxtaçı havaya çıxarılıb, qalanları axtarılır.

Vorkutaugol-un sahibi isə Rusiyanın ən böyük poladtökmə şirkətlərindən olan Severstal-dır.

Rusiyanın kömür şaxtaları dünyada çox təhlükəli sayılır.

2007-ci ildə Sibirdə, Kemerovo şaxtasında partlayışdan 108 nəfərdən çox şaxtaçı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG