Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:23

İranın 25 sahibkarı Naxçıvanda


-

İranın Şərqi Azərbaycan vilayətindən olan 25 sahibkardan ibarət nümayəndə heyəti Naxçıvana gəlib.

İranın Naxçıvandakı baş konsulluğundan bildirilib ki, nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzində sərgilənən Naxçıvan məhsulları ilə yaxından tanış olub.

Report-un yaydığı xəbərə görə, daha sonra iranlı sahibkarlar baş konsulluğu ziyarət ediblər. Görüşdə baş konsul Mansour Airom Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun Təbrizə səfərini və vilayətin valisi ilə görüşünü xatırladıb. Konsul bildirib ki, bu görüş zamanı ikitərəfli əməkdaşlığa dair razılığa gəlinib və onlardan bəziləri artıq icra olunur.

Baş konsul deyib ki, Təbriz sahibkarlarının Naxçıvana səfəri nəticəsində ikitərəfli ticarət və iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG