Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

-

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick fevralın 26-da Vaşinqtonda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbirdə iştirak edəcək. Bu barədə mediaya J.Warlick özü açıqlama verib:

"Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik. Ümid edirik ki, bu gün də artmaqda olan və aralarında dinc sakinlərin üstünlük təşkil etdiyi münaqişə qurbanlarının sayının çox olması prezidentlərin diqqətlərini danışıqlar əsasında nizamlanmaya yönəltməyə kömək edəcək", - deyə o bildirib.

J.Warlick qeyd edib ki, Minsk qrupun həmsədri kimi öz fransalı, rusiyalı həmkarları və münaqişə tərəfləri ilə danışıqlarda irəliləyişin əldə olunması üçün işləməyə hazırdır:

"İndi sülhün əldə olunma vaxtıdır", - deyə o qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG