Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Daşnaklar Ermənistan hökumətində


"Daşnaksutyun" hakim partiya ilə anlaşdı
"Daşnaksutyun" hakim partiya ilə anlaşdı

►İttifaq davam edir

Ermənistan prezidentinin iqamətgahında hakim Respublikaçı Partiya ilə "Daşnaksutyun" Partiyası arasında "Siyasi əməkdaşlığa dair razılaşma" adlı memorandum imzalanıb.

Mərasimdə Ermənistan prezidenti Serj Sarqsyan və baş nazir Ovik Abramyan da iştirak ediblər.

İmzalanmadan sonra keçirilmiş mətbuat konfransında hakim partiyanın rəsmisi Armen Aşotyan bildirib ki, bu sənəd seçkisonrası koalisiya, yaxud da seçkiqabağı blokun yaradılması barədə razılaşma deyil.

Onun sözlərinə görə, bu sənəd ümumi dəyərlər sisteminə, ümumi dəyərlərə və fəaliyyət proqramına əsaslanan uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Öz növbəsində "Daşnaksutyun" rəsmisi bildirib ki, onun partiyası ölkədə idarəetmənin bütün sahələri ilə bağlı siyasi məsuliyyəti öz üzərinə götürür.

O təsdiq edib ki, "Daşnaksutyun" hökumətdə üç nazir portfeli ilə təmsil olunacaq. Təhsil və elm, İqtisadiyyat, habelə ərazi idarəetmə və inkişaf nazirləri bu partiyanın nümayəndələridir. Bundan başqa ölkənin iki vilayətinin, Araqatsont və Şirak vilayətlərini qubernatorları da daşnakdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG