Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26

“Pakistan birbaşa sülh danışıqlarına başlamaq üçün Talibanın nüfuzlu 10 nümayəndəsini martın ilk həftəsində İslamabada toplamalıdır”.

Bunu fevralın 25-də adı çəkilməyən Əfqanıstan rəsmisi deyib.

Qeyd edək ki, martın əvvəllərində İslamabadda Əfqanıstan hökuməti ilə Taliban arasında birbaşa sülh danışıqları başlanmalıdır.

Danışıqlara ABŞ,Çin, Əfqanıstan və Pakistan rəsmiləri vasitəçilik edir.

Belə bir görüş barədə fevralın 23-də məlumat verilib.

Amma Talibanın Qətərdəki ofisinin sözçüsü bundan xəbərsiz olduğunu bildirmişdi.

Məqsəd 15 ildir ki, Əfqanıstanda davam edən vətəndaş müharibəsinə son qoymaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG