Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

-

Bakının Nizami Kino Mərkəzində Azərbaycan-Gürcüstan birgə "Robinzon və doqquz Cümə” filminin təqdimatı olub.

Kinoşünas Ayaz Salayev təqdimatda açılış sözü deyib. O, Gürcü kinosunun hələ Sovet İttifaqı kinematoqrafiyasında tutduğu böyük yerdən danışıb.

Film komediya janrındadır. Bakıda, Tiflisdə və başqa şəhərlərdə çəkilib.

İki qonşu kişi bir kuryer şirkətində işləyirlər. Onların başına gah arvadları, gah uşaqları, gah da iş yerlərindəki macəralar müxtəlif oyunlar gətirir.

Bir gün gürcü qəhhrəman Bakıya poçt bağlaması aparmazdan əvvəl yuxuya gedir, yuxuda ona ağ cübbəli bir ağsaqqal görünür. Ağsaqqal ona Bakıda baş çıxarmaq, xoşbəxtliyini orada tapmaq üçün məsləhətlər verir. Sonra onun boynundan açar asır.

Filmin qəhrəmanı (Robinzon) yuxudan oyananda açarın sinəsində asıldığını görür.

Filmin əsas heyəti gürcülərdir: Vakhtang Kikabidze, Irakli Pirtskhalava, Keti Topuriya, Archil Mefaridze, Nani Bregvadze, Kakhi Kavsadze, Paata Guliashvili, Natia Tsitsilashvili, Salome Kokuashvili, Lika Korkia, Mariam Sanogo və müğənni Manana Japaridze.

Azərbaycanlı aktyorlar Polad Bülbüloğlu, Bəhram Bağırzadə də bir neçə səhnədə rol ifa ediblər.

Filmin ssenari müəllifləri Nika Ramishvili, Giorgi Kikalishvili və Keti Mikanadzedir. Musiqisini Fərhad Bədəlbəyli və Dato Hudzhadze bəstələyiblər.

Filmi Azərbaycan Mədəniyyət Nazirliyi maliyyələşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG