Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Avropa Birliyi Türkiyə və Balkan ölkələrinin daxili işlər nazirləri fevralın 25-də miqrant böhranını müzakirə ediblər.

Görüş miqrant böhranı ilə bağlı dərin fikir ayrılığı fonunda keçirilib.

Yunanıstan bundan əvvəl Avstriyadakı səfirini geri çağırıb.

Yunanıstan xarici işlər nazirliyinin məlumatında deyilir ki, səfir iki ölkı arasındakı dostluq münasibətlərini qorumaq üçün geri çağırılıb.

Məlumata görə Avstriya fevralın 24-də miqrant böhranına görə Balkan ölkələri daxili işlər nazirlərinin görüşünü təşkil edib, amma Yunanıstan görüşə dəvət olunmayıb.

Yunanıstan xarici işlər nazirliyinin bəyanatdında deyilir ki,qaçqın və miqrant probleminin həllinə görə bir ölkə cavabdeh ola bilməz.

Vyana görüşündə 10 Balkan regionu ölkəsi Avropaya miqrant axınının dayandırılması üçün səyləri koordinasiya etmək razılığına gəliblər.

Təkcə bu il Avropaya Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə 100 mindən çox qaçqın keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG