Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

Fransa Belçikanın sərhəd məntəqələrində nəzarəti gücləndirməsini tənqid edib.

Fransanın xarici işlər naziri Bernard Kaznev (Bernard Cazeneuve) Belçikanın bu addımının Fransa hökumətinin Kale düşərkəsindəki qaçqınları çıxarmaq planı ilə bağlı olmasını şübhə altında qoyub.

Belçika hesab edir ki, bu qaçqınlar La-Manş boğazı boyunca Belçika sahillərinə doğru üz tuta bilərlər.

Belçika sərhəd məntəqələrinin gücləndirilməsinə əlavə 300-dək polis cəlb edib.

Belçika hakimiyyətinin məlumatına görə, təkcə bu ilin yanvarında Böyük Britaniyaya keçmək istəyən 950 miqrant saxlanıb.

Reutersin məlumatına görə, Avropa Komissiyası Belçikadan sərhədlərdə nəzarətin gücləndirilməsinə aydınlıq gətirilməsini gözləyir.

Bir sıra Avropa Birliyi ölkələrinin eyni addım atması azad Şengen zonasını təhlükə altında qoyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG