Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Sloveniyada iki xizəkçi dünyada ilk dəfə olaraq birgə tramplindən tullanıblar.

Bunu 31 yaşlı xizəkçi Rok Urbansla onun 27 yaşlı həmkarı Jaka Rus edib.

Söhbət ondadır ki, idmançıların cəmi bircə cüt xizəyi var, yəni onlar daqlqabaq bir xizəyin üstündə tullanmalıdırlar.

Sınaq Sloveniyanın Planitsa kurortunda keçirilib, əməliyyat uğurlu olub və idmançılar dünya rekordu vurublar.

Amma bu formal xarakter daşıdığından heç bir rəsmi idman qurumunda qeydiyyata alınmayıb.

Tramplin çox da yüksək olmayıb-35 metr.

Amma texniki baxımdan bu cür tullanmaq çox çətindir, çünki yıxılma ehtimalı böyük olduğundan idmançılar çox koordinasiyalı hərəkət etməlidilər.

Əlbəttə uçuş qısa, amma çox effektli olub.

Hər şeyin yaxşı qurtarmasına təcrübəli xizəkçilərin özləri də təəccüblənib.

Onlar bunu dünyada məşqçi axtarışı üçün yaradılmış sayta diqqət cəkmək üçün ediblər.

Saytın banisi və sahibi bunun üçün fənd fikirləşib, icraçılar tapıblar.

AmmaUrbansla Rus bununla fəxr edirlər, çünki bunu dünyada ilk dəfə onlar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG