Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Vaşinqtonla Moskva fevralın 25-də Suriya ilə bağlı gözlənilən atəşkəs rejimi ilə bağlı informasiya mübadiləsi ediblər.

Atəşkəs fevralın 27-də qüvvəyə minməlidir.

Amma Rusiyanın xarici işlər nazirliyi bir sıra ABŞ rəsmilərini bu razılaşmanı sabotaj etməyə cəhddə günahlandırıb.

Qeyd edək ki, ABŞ Dövlət katibi John Kerry bundan əvvəl deyib ki, əgər Dəməşqlə Moskva atəşkəs və Suriyada siyasi keçidə ciddi yanaşmasalar, Vaşinqton “B Planı”nı nəzərdən keçirəcək.

Kerry bildirib ki, Moskva ilə Dəməşqin məsələyə sadiqliyi yaxın günlərdə hərəkətlə sübut ediləcək.

BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura fevralın 26-da Suriya ilə bağlı danışıqların yeni mərhələsini elan etməlidir.

Qeyd edək ki, atəşkəs“İslam Dövləti” qrupu, “Əl Nüsrə” cəbhəsi və BMT-nin terrorçu təşkilat hesab elədiyi digər qruplara şamil edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG