Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

-

Hüquq müdafiəçiləri Leyla və Arif Yunusların ölkə xaricinə çıxmasına icazə verməyən məhkəmə qərarından apellyasiya şikayətinə martın 4-də baxılacaq.

Bu haqda AzadlıqRadiosuna Yunusların vəkili Elçin Sadıqov danışıb.

Vəkilinin bildirdiyinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatına verilib.

Leyla və Arif Yunus təcili müayinə və müalicəyə ehtiyacları olduğundan müvəqqəti xaricə getmək istəsələr də, Yasamal Məhkəməsi buna icazə verməmişdi.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

Ötən il məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Sonradan bu, şərti cəza ilə əvəzləndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG