Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

İlhamə Quliyeva vəfat edib


İlhamə Quliyeva
İlhamə Quliyeva

-

Müğənninin ailəsindən APA-ya bildirib ki, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ.Quliyeva vəfat edib.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakıda anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1980-ci ildən isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin («Azkonsert») solisti kimi fəaliyyət göstərib.

Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İlhamə Quliyeva 1998-ci ildə xalq artisti adını alıb.

2002-ci ildə «Şöhrət», 2013-cü ildə isə Azərbaycan prezidentinin sərəncamı ilə «Şərəf» ordeninə layiq görülüb.

XS
SM
MD
LG