Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:05

İntihara cəhd –bir gündə üçüncü fakt


Foto illüstrasiya
Foto illüstrasiya

-

Şəmkir şəhərində bir gənc oğlanın özünü öldürmək istədiyi bildirilir. 29 yaşlı V. Q. sirkə turşusundan ağır dərəcəli zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

APA-nın xəbərinə görə, ona dərhal tibbi yardım göstərilib. Ancaq vəziyyəti ağırdır.

İlkin ehtimallara görə, V.Q. məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Fevralın 24-də ölkə ərazisində daha iki intihara cəhd hadisəsi qeydə alınıb.
Xəzər rayonunun Binə qəsəbəsində 31 yaşlı qadın B.Y. çoxlu sayda dərman qəbul etməklə intihar cəhd edib.

Bundan başqa, Yasamal rayonunda bir nəfər özünü 12-ci mərtəbədən atmaq istəyərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buna imkan verməmişdilər.

XS
SM
MD
LG