Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

-

NATO müttəfiqləri Egey dənizində miqrantlarla bağlı planı razılaşdırıb. Plana görə, NATO gəmiləri Türkiyə və Yunanıstanın miqrantları qanunsuz yollarla Avropa Birliyinə keçirən cinayətkar qrupları yaxalamasına yardım göstərəcək.

Brüsseldə gecə danışıqlarından sonra NATO-nun Baş katibi Jens Stoltenberg fevralın 25-də deyib ki, Yunanıstan və Türkiyə qüvvələri bir-birinin ərazi sularında və hava məkanında işləməyəcək. Ancaq NATO-nun digər gəmiləri hər iki ölkənin ərazi sularına girə biləcək.

Stoltenberg deyib ki, Egey dənizində NATO-nun xilas etdiyi bütün miqrantlar Türkiyəyə qaytarılacaq.

Türkiyə düşərgələrin qurulması və daha çox qaçqının yerləşdirilməsindən ötrü Avropa Birliyindən 3 milyard avro (3.3 milyard dollar) alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG