Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:18

«Məntiqlə dollara tələbat artanda, bahalaşmalı idi...»


Azərbaycanın emission 1 manatlıqları
Azərbaycanın emission 1 manatlıqları

-

«Növbəti devalvasiyaya zəmin…»

(25 fevral, 2016-cı ilin yerli media icmalı)

«Manatın məzənnəsinin süni yolla saxlanılması növbəti kəskin devalvasiya üçün zəmin yaradır»

Bu fikri ekspert Samir Əliyev «Azadlıq» qəzetinə deyib.

Onun fikrincə, son zamanlar bankların dollar təlabatının artması, buna sübutdur. S.Əliyev əvvəlki bir neçə həftədə manatın bahalaşmasının heç bir iqtisadi əsası olmadığını düşünür:

«Sırf inzibati metodlardan istifadə etməklə, bu kurs saxlanılır. Bunun da bazara ancaq psixoloji təsiri ola bilər»

İqtisadçı Samir Əliyev
İqtisadçı Samir Əliyev

S.Əliyevin deməsinə görə, məntiqlə dollara olan tələbat artdıqdan sonra, dollar da bahalaşmalı idi:

«Amma yenə də Mərkəzi Bank birinci devalvasiyadan sonra buraxdığı səhvləri təkrarlayır. Manatın məzənnəsinin süni saxlanılması növbəti kəskin devalvasiya üçün zəmin yaradır» - deyə iqtisadçı manatın perspektivi barədə proqnozunu dilə gətirir.

«Bolşeviklərin səhvlərini təkrar etməyə ehtiyac yoxdur»

«İri həcmli təsərrüfat vahidləri yaratmaq üçün son vaxtlar fermer təsərrüfatlarını birləşdirmək səyləri artır. Elə bu kolxozların yaranması deməkdir . Son mərhələdə də sovxoza dönəcəklər»

Bu fikirlər isə «Exo» qəzetində aqrar sahədəki proses barədə yazılmiş bir məqalədən götürülüb. Məqalədə bu addımlar səmərəsiz hesab edilir:

Vera Muxinanın Moskvada qoyulmuş «Fəhlə və kəndçi» heykəli
Vera Muxinanın Moskvada qoyulmuş «Fəhlə və kəndçi» heykəli

«Kolxozların yaradılması cəhdləri yaxşı nəticəyə gətirməyəcək. Bu mənada bolşeviklərin səhvlərini təkrar etməyə ehtiyac yoxdur. Üstəlik artıq xalqın düşüncəsi də dəyişib. Kənd təsərrüfatının inkişafı və iri təsərrüfatların yaradılması üçün zəruri şəkildə fermerlərə kömək etmək lazımdır»

Məqalədə qeyd edilir ki, Salyanın ilkin olaraq 4 kəndində belə sovet tipli müəssisə yaradılması nəzərdə tutulur. Ancaq bu mövzuda başqa cür düşünənlər də var:

«Belə təsərrüfatlar istehsalın intensivliyini təmin edəcək. İqtisadi rentabelliyi artıracaq, yeni iş yerləri yaranacaq».

Bunu isə Salyan rayon icra başçısı Tahir Kərimov deyib.

«Hakimiyyət yeni «kadr bankı» yaradır»

Pekin universitetində Azərbaycanlı tələbələr (arxiv fotosu)
Pekin universitetində Azərbaycanlı tələbələr (arxiv fotosu)

Bu isə «Yeni Müsavat» qəzetində dərc edilən məqalənin başlığıdır. Məqalədə qeyd edilir ki, gənc mütəxəssislər iqtidar yolundadırlar: «Xaricdə, diplomatiya, iqtisadiyyat, menecment, təhsil və digər sahələrdə uğurlu fəaliyyəti olan gənclərin ölkəyə qaytarılmasına başlanıb. Onlara söz verilib ki, iqtidarın gələcək nazir müavinləri, idarə rəhbərləri, hətta nazirləri ola bilərlər»

Məqalədə deyilir ki, həmin gənclərə xüsusi nəzarət də var. Məqsəd onların yersiz sıxışdırılmalarının qarşısını almaqdır:

«Hakimiyyətdə vəzifədə oturanların əksəriyyətinin yaş həddi nəinki Qərb, hətta postsovet ölkələrinin bir çoxu ilə müqayisə edilməyəcək qədər yuxarıdır»

Azerbaijan -- National Park in Baku. Eurovision's Crystal Hall Baku, 20May2012
Azerbaijan -- National Park in Baku. Eurovision's Crystal Hall Baku, 20May2012

«Baku Crystal Hall»da şaxmat turniri...

«Azərbaycan» qəzeti Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri ilə əlaqədar Əməliyyat Komitəsinin iclasından yazı dərc edib. Yazıda bildirilir ki, iclasda yarışa hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. Yarışın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə qonaqların yerləşdirilməsi, zalın tərtibatı və təhlükəsizlik məsələləri barədə danışılıb.

Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və həmin ayın 14-də başa çatacaq. Yarış «Baku Crystal Hall»da keçiriləcək. Olimpiada günlərində Bakıda həm də Beynəlxalq Şahmat Federasiyası (FIDE) konqresinin növbəti iclası olacaq.

Bu il Azərbaycan Formula-I və 17 yaşlılardan ibarət futbol üzrə Avropa çempionatının final oyunlarına da ev sahibliyi edəcək.

XS
SM
MD
LG