Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

-

«Müdafiə etdiyim Ramil Seyfullayevlə bu günlərdə görüşəcəyəm».

Bunu Nardaran hadisələri ilə bağlı həbs edilən Gəncə sakini Ramil Seyfullayevin vəkili Qanqa İbrahimov AzadlıqRadiosuna bildirib.

Vəkil deyir ki, fevralın 24-ü Nəsimi rayon Məhkəməsinin qərarı ilə müdafiə etdiyi şəxsin həbs müddəti daha 2 ay uzadılıb.

Qanqa İbrahimov bildirir ki, Ramil Seyfullayev qanunsuz silah saxlamaqda günahlandırılır: «Hələlik rəsmi sənədləri mənə verməyiblər. Bu gün həmin sənədlərin mənə verilməlidir».

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər vəfat edib. Bu əməliyyat nəticəsində «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və daha 14 nəfər həbs edilib. Bu həbsin arxasınca birliyin fəallarının həbsi başlanıb. Bu həbslər Gəncəni, Yevlaxı, Lənkəranı, Masallı və Cəlilabadı əhatə edib. Ölkə prokurorluğu «Nardaran hadisələri» ilə bağlı ümumilikdə hazırda 68 nəfərin həbsə olduğunu bildirir.

XS
SM
MD
LG