Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24

-

Xəzər rayonunun Binə qəsəbəsində 31 yaşlı qadın B.Y. çoxlu sayda dərman qəbul etməklə intihar cəhd edib.

«Report» xəbər verir ki, qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Tibbi yardım aldıqdan sonra isə evə buraxılıb.

Fevralın 24-də Bakıda başqa bir intihar cəhdinin də qarşısı alınmışdı. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat verirdi. Xəbərə görə, Yasamal rayonunda bir nəfər intihar etmək məqsədilə yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanına çıxıb. Onunla danışıqlardan sonra intiharın qarşısını ala biliblər.

Son zamanlar mətbuat tez-tez ölkədə intihar və intihara cəhd faktlarından yazır. Son bir həftə içində ölkədə 10-a yaxın intihar halının baş verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG