Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:42

Biznesmenin atasını da həbs etdilər


Baquer Namazi (solda) oğlu Siamak ilə

Baquer Namazi (solda) oğlu Siamak ilə

-

İranda ötən oktyabrda saxlanmış biznesmenin 80 yaşlı atası da həbs olunub. Bu barədə ailəsi facebook-da məlumat yayıb.

Baqer Namazi İran-Amerika vətəndaşı olan Siamak Namazi-nin atasıdır. Fevralın 22-də Tehranın Evin həbsxanasına aparılıb. Oğlu da elə həmin həbsxanada saxlanır. Məlumatı Baqer Namazi-nin həyat yoldaşı Effie Namazi açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Azad Avropa/AzadlıqRadiosuna elektron məktubda yazıb ki, İranda ABŞ vətəndaşının saxlanmasından xəbərdardırlar. “Dövlət Departamenti xaricdəki ABŞ vətəndaşlarının qorunmasına böyük önəm verir”, yazan Toner əlavə məlumat açıqlamayacağını bildirib.

Baqer və Siamak Namazi-nin həbs səbəbləri və onlara qarşı ittihamlar bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG