Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

-

Bakıdan bölgələrə köçənlərin sayı artmaqdadır.

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir köçü kənd təsərrüfatının və aqrar sektorun inkişafının şərtləndirdiyini vurğulayıb.

H. Əsədov bildirib ki, bu sektorun inkişaf göstəricilərindən biri də şəhər əhalisinin kəndlərə köçməsidir. Son statistika bunu deməyə bizə əsas verir.

“Hazırda və növbəti illərdə də bizim əsas hədəfimiz bölgələrdə əkin sahələrini genişləndirmək, sakinləri bu sahəyə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər həyata keçirtməkdir. Bununla bağlı hazırda ciddi sənədlər hazırlanır və yaxın vaxtlarda bu sənədlərin imzalanmasının şahidi olacaqsınız”- deyə nazir vurğulayıb.

____________________________________________________________

Bunlara da bax:
Baba Rauf Mirqədirova anası hələ də "uşağım" deyir
Azərbaycanın ilk müdafiə nazirinin məzarı tapıldı

_____________________________________________________________

Son bir həftədə ölkə mətbuatında “Bakıdan bölgələrə köç” mövzusunda bir sıra yazılar dərc edilib. Ancaq bu yazılarda köçə əsas səbəb kimi, Bakıda tikinti işlərinin dayanması, rayondan paytaxta gələn insanların ev kirayəsi ödəməyə çətinlik çəkdikləri göstərilirdi.

Buna da bax: Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG