Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:30

Türkiyə Suriyadakı kürd qruplaşmalarının Suriya ilə bağlı atəşkəs sazişindən çıxarılmasını tələb edir.

Prezident Racep Tayyip Erdogan fevralın 24-də Ankarada çıxış edərkən Suriya kürdləri “Demokratik İttifaq” partiyasının hərbi qanadını terrorçu təşkilat adlandırıb.

Erdogan deyib ki, “Demokratik İttifaq” partiyasının hərbi qanadı olan “YPG” də “İslam Dövləti” və “Əl Nüsrə Cəbhəsi” kimi qruplarla eyni sırada yer almalıdır.

Qeyd edək ki, Suriya ilə bağlı atəşkəs razılaşması “İslam Dövləti” qrupu , “Əl Nüsrə” cəbhəsi və BMT-nin terrorçu təşkilat saydığı digər qruplara şamil edilmir.

Atəşkəs sazişi fevralın 27-dən qüvvəyə minməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG