Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12

Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının kralı Salman fevralın 24-da telefonla Suriya müharibəsini müzakirə ediblər.

Tərəflər müharibənin həlli yönündə əlaqələri davam etdirmək razılığına gəliblər.

Kremlin məlumatına görə, Putin ABŞ və Rusiyanın vasitəçiliyi ilə Suriya ilə bağlı atəşkəs razılaşması barədə məlumat verib.

Atəşkəs fevralın 27-dən qüvvəyə minməlidir.

Putinin köməkçisi Vladimir Kojin isə tərəflərin hərbi-texniki əməkdaşlıq məsələsini də müzakirə etdiklərini deyir.

Vladimir Putin bundan sonra iranlı həmkarı Hassan Rohanilə danışıb.

Tərəflər Suriya müharibəsini müzakirə ediblər.

ABŞ Dövlət katibi John Kerri xəbərdarlıq edib ki, əgər Rusiya ilə Suriya atəşkəs və siyasi keçidə ciddi yanaşmasalar Vaşinqton “B”planını nəzərdə keçirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG