Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

Belçika Böyük Britaniyaya üz tutan qaçqınlardan yayınmaq üçün fevralın 24-dən Fransa sərhədi boyunca nəzarət tətbiq edib.

Hökumət Zebryuqqe yük limanı və sahillər də daxil olmaqla Fransa ilə sərhəd məntəqələrində yoxlamaları gücləndirmək üçün əlavə 250-290 polis ayırıb.

Məlumata görə bu ilin yanvarından bu yana Belçika sahillərində Böyük Britaniyaya getmək istəyən 950 miqrant saxlanıb.

Onların təxminən ¾ İran və İraqdandır.

Saxalanan miqrantların dərhal ölkədən deportasiya edilməsi nəzərdə tutulur.

Həmçinin digər Avropa Birliyi ölkələrinin sərhədlərdə nəzarəti gücləndirməsi hərəkət üçün azad Şengen zonasını təhlükə altında qoyur.

Qeyd edək ki, bir sıra Avropa Birliyi ölkələri iqtisadi vəziyyətə görə ölkəsindən qaçan miqrantların deportasiya olunacaqlarını bəyan edib.

Təkcə ötən il Almaniyaya 1 milyondan çox qaçqın keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG