Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Azərbaycan Suriya anlaşmasını alqışlayır


Suriyanın dağıdılmış Kobani şəhəri

Suriyanın dağıdılmış Kobani şəhəri

-

“Azərbaycan Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatını alqışlayır”

Bu sözləri APA-ya Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatını şərh edərkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib:

“Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Suriyada vəziyyəti normallaşdırmaq, yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır. Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriya xalqı özü gələcəyini müəyyən etməlidir” - deyə H.Hacıyev bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycan donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək.

Rusiya və ABŞ-ın arasında Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılıq fevralın 22-də əldə edilib.

Azərbaycan prezidenti İlham Əliyev də fevralın 23-də İranda səfərdə olanda belə bir razılaşmanın əldə edilməsini alqışladığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG