Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Fidel və Raul Castronun böyük qardaşı Ramon Castro 92 yaşında vəfat edib.

Bu barədə fevralın 24-də Kuba televiziyası məlumat yayıb.

Ramon Castro keçmiş prezident və Kuba inqilabının lideri Fidel Castro və indiki prezident Raul Castronun qardaşıdır.

Kuba televiziyasının məlumatına görə, Ramon Castro adanın şərqindəki kiçik Birane qəsəbəsində dəfn ediləcək.

Castro qardaşları məhz bu şəhərcikdə doğulublar.

Ramon Castro, Fidel və Raulun rəhbərlik etdiyi inqilabı dəstəkləsə də əlinə silah götürməyib.

O valideyinlərinə kömək etmək üçün fermada qalıb.

Partizan hərəkatı hələ başlanmazdan, Ramon Havana Universitetinin aqrotexnika fakultəsini bitirib.

Batista rejiminin devrilməsi və inqilab liderlərinin hakimiyyətə gəlməsindən sonra Ramon Castro kənd təsərrüfatı üzrə hökumətin müşaviri olub.

O ömrünün son illərini Havana ətrafındakı tənha fermada keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG