Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

«İsmayıllı işi»nə təkrar baxış başlayır


İlqar Məmmədov və Tofiq Yaqublu

İlqar Məmmədov və Tofiq Yaqublu

-

Fevralın 25-də Şəki Apellyasiya Məhkəməsi REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxacaq.

Vəkil Fuad Ağayev «Turan» informasiya agentliyinə bildirib ki, dinləmələr məhkumların iştirakı olmadan keçiriləcək. İ.Məmmədov və T.Yaqublu özləri xahiş ediblər ki, proses onların iştirakı olmadan keçirilsin.

Yada salaq ki, İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.

İ.Məmmədov və T.Yaqublu ittiham olunmalarını uydurma və siyasi motivli sayırlar.

«Amnesty International» onların hər ikisini vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG