Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:58

-

Vergilər Nazirliyi vergiödəyicilərin hərraca çıxarılacaq əmlakları barədə siyahı açıqlayıb.

modern.az saytının xəbərinə görə, hərraca çıxarılan mallar içərisində stul, televizor, soyuducu, şifoner, transformator kişi və hətta qadın paltarları var. Həmçinin mallar içərisində 30 kisə gips, 32 kisə «Ağdağ» astarı, dəmir qapı, avtoyuma aparatı və Qəbələ rayonu, Böyük Pirəli kəndində mağaza binasının olduğu da göstərilir.

Eyni zamanda ilkin hərracda satılmayan və qiyməti 40 faiz aşağı salınan əmlakların da siyahısı verilib. Bunların içərisində qaymaq aparatı, kəsim aparatı, «Mercedes 220» markalı avtomobil, 40-tonluq dəmir çən, uşaq, böyük paltarları və un var.

Günün bütün mövzuları

XS
SM
MD
LG