Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

-

Bir həftə bundan əvvəl Kanadanın məşhur serial qatili Robert Pickton’un kitabı çıxmışdı, dünən həmin kitab "Amazon" İnternet satış mərkəzindən yığışdırılıb.

O, 2007-ci ildə narkomanları və fahişələri öldürərək, öz donuz fermasının həyətində basdırdığına görə həbs olunmuşdu.

Çoxlu qətl üstündə həbsdə yatan bir adamın kitabının nəşr olunması və Amazon.com-da satılması kanadalıları qəzəbləndirib. Hökumət kitab şəhərin kitab dükanlarına çıxmasın deyə, işə qarışıb. Ondan sonra kitabı çap edən “Outskirts” mətbəəsi tirajı satışdan çıxarmağa qərar verib.

Nəşriyyat bəyan edib:

“Biz bu cür adamların yazılarını nəşr etmirik, bu, bizim siyasətimizdir. Ona görə də qurbanların ailələrinə əlavə ürəkağrı verdiyimizə görə, onlardan üzr istəyirik,”

Qatil kitabında öz xatirələrini yazıbmış. Kitab “hazırda həbsdə olan 66 yaşlı Pickton” imzasıyla, müəllifin öz hesabına çap olunubmuş. Pickton kitabın üz qabığında yazıb ki, o, “6-dan 49-dək adam” öldürmək maddəsilə ittiham olunur və nəhayət, indi hekayəti öz dilindən danışmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG