Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:35

İtkin neftçilərin axtarışları səngiyib


Yanğın
Yanğın

-

İtkin düşən neftçilərin geniş şəkildə axtarış tədbiri aparılmır.

«Trend»in xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadəyə deyib.

Nazir müavini qeyd edib ki, bu məsələyə nəzarət olunur: «Bizim qüvvələr bu məsələ ilə məşğul olur».

2015-ci il dekabrın 4-də Xəzərin «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş verib. Yanğın zamanı platformada olan 64 neftçidən 34 nəfər xilas edilib. 7 meyit dərhal, 6 meyitisə sonradan axtarışlar nəticəsində tapılıb. 17 nəfər hələ də itkin düşmüş sayılır.

Ötən həftə Xəzər sularında bir meyit də aşkarlanmışdı. Ancaq həmin meyitin kimliyi, hələlik, açıqlanmır.

İtkin hesab edilən neftçilərin ailə üzviləri bir neçə dəfə Prezident Administrasiyasının və SOCAR-ın qarşısında aksiyalar keçiriblər. Onlar, əksinə, axtarış işlərinin yenidən sürətləndirilməsini istəyirlər.

XS
SM
MD
LG