Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:30

-

2014-cü ildə Malayziya təyyarəsinin vurulmasıyla bağlı yeni hesabat açıqlanıb. Britaniyanın Bellingcat təhqiqat qrupu fevralın 24-də açıqladığı hesabatda Rusiya hərbi hissəsinin komandirlərinin təyyarənin vurulmasında əli olduğunu bildirir.

Daha öncəki hesabatlarda bildirilirdi ki, Boeing təyyarəsini vurmuş raket Rusiyanın 53-cü zenit-raket briqadasından buraxılıb. Təyyarədəki 298 nəfər həlak olmuşdu.

İndi isə təyyarə qəzasında Rusiyanın əlaqəsinin daha yüksək səviyyədə olduğu qeyd olunur. Bellingcat həmin raket barədə məlumatlı, hətta onu atdığı iddia olunan əsgər və zabitlərin adlarını sadalayır.

Bellingcat hesabatın tam versiyasını Niderland təhqiqatçılarına təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG