Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

-

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini, Sərhəd Xidmətinin direktoru Darkhan Dilmanov-un rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Xəbəri Dövlət Sərhəd Xidməti (DSX) yayıb.

D.Dilmanov səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb. Görüş zamanı DSX və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və birgə əməliyyat-profilaktik tədbirlərinin keçirilməsini vacib sayıblar. Bundan başqa, qeyri-leqal miqrasiya, narkotiklərin qanunsuz daşınması və qaçaqmalçılıqla mübarizə də müzakirə edilib.

Habelə Qazaxıstan MTK Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün mütəxəssislərin hazırlanması da qərara alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG