Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

Bakıda ağır yol qəzası, ölən var


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakıda 62 saylı sərnişin avtobusu qəzaya düşüb, ölən və yaralananlar var. Xəbəri APA yayıb.

Xəbərə görə, hadisə Bakının Nizami rayonu ərazisində, metronun «Qara Qarayev» stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyası bildirib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

YOL QƏZASINDA ÖLƏN KEÇMİŞ POLİS OLUB

Bakıda 62 saylı marşrut avtobusunun törətdiyi qəzada ölən

sərnişin Asif Nəsirovdur. APA-nın xəbərinə görə, o, keçmiş polis əməkdaşı olub.

Xəbərdə deyilir ki, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobus işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və «Nissan» markalı minik avtomobili ilə toqquşub.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

Səhiyyə Nazirliyi yaydığı açıqlamada bu yol qəzasında 1 nəfərin vəfat etdiyini, 13 nəfərin isə yaralandığını bildirir.

XS
SM
MD
LG