Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 09:59

-

Prezidentin İran səfəri, nazirlərin parlamentə münasibəti, ölkədə manat və dollar qıtlığı medianın aparıcı mövzusudur.

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin İran İslam Respublikasına başa çatan səfərindən silsilə yazılar verib. Qəzet öz səhifəsində iki ölkə başçısının görüşdən sonra səsləndirdikləri bəyanatları da dərc edib. İlham Əliyev öz bəyanatında deyib:

«Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli var.
Əsrlər boyu xalqlarımız bir yerdə yaşayıb, yaradıblar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var».

MANAT YOXDURSA, PROBLEM DƏ YOXDUR

«Manat yoxdursa, problem də yoxdur».

Bu, «Bizimi Yol» qəzetində dərc olunan bir məqalənin başlığıdır. Qəzet ölkədə manat qıtlığı yaşanmasına diqqət çəkir. Bu qəzetə danışan ekspertlər də bildirirlər ki, Mərkəzi Bank pul qıtlığı yaratmaqla dolların məzənnəsini ucuzlaşdırmağa çalışır.

Ekspert Natiq Cəfərli deyir ki, bu inzibati yol daimi və dayanıqlı deyil. O, son dəfə Neft Fondunun hərraca çıxardığı 200 milyon dolların 177 milyonun satılmasını dollara tələbatın azalmaması kimi şərh edir.

Ekspert Vüqar Bayramov isə düşünür ki, müəyyən müddətdən sonra büdcə xərcləmələri manata, idxal isə dollara tələbatı artıracaq. Onun fikrincə, Mərkəzi Bank bu üsulla manata təzyiqləri yubatmağa çalışır.

Amma ekspert deyir ki, Mərkəzi Bank manata inam yarada bilməyib. «Bu səhv siyasət problemi daha da dərinləşdirəcək», - deyə hər iki ekspert ortaq fikir ifadə edir.

Manat

Manat

BÜDCƏ MANATLA ARTIB, DOLLARLA YOX

«Qəbul edilən yeni büdcə hökumətin növbəti ciddi devalvasiyaya başlayacağına siqnaldır».

«Azadlıq» qəzetində yer alan bu fikirləri isə iqtisadçı Nemət Əliyev söyləyib. O deyib ki, yeni büdcədə yalnız neftin qiyməti reallığa söykənir: «Amma bütünlükdə büdcənin formalaşması üçün nəzərdə tutulan mənbələr reallıqdan uzaqdır».

O, neft gəlirləri azaldığı halda Neft Fondundan büdcəyə transferlərin artırılmasını «şübhəli» məqam adlandırır. İqtisadçı həmçinin qeyd edir ki, büdcə manatla artsa da, dollarla azalıb. «Neft Fondunda bu fərqi o halda təmin etmək mümkündür ki, devalvasiyaya qərar versinlər», - deyə ekspert növbəti devalvasiyanın olacağı ilə bağlı təxminlərini dilə gətirir.

İLDƏ 123 GÜN ...

«2016-cı ildə qeyri-iş günləri və bayramların hesabına Azərbaycan 216 milyon dollara yaxın vəsait itirəcək».

Bunu isə «Exo» qəzeti yazır. Ekspertlərin hesablamasına görə, itkilər ümumi daxili məhsulun təqribən 6 faizinə bərabərdir.

«2016-cı ildə Azərbaycan vətəndaşlarının dincəlməyə kifayət qədər vaxtı olacaq. Əsas odur ki. buna vəsait olsun. Belə ki, bu ildə beş günlük iş həftəsi ilə 123 istirahət və bayram günləri var», - deyə qəzet il ərzindəki istirahət və bayram günlərinin hesablamasını aparıb. Ancaq ekspertlər heç də bayram və istirahət günlərinin azaldılmasının tərəfdarı deyillər. Sadəcə, iş saatı və effektinin artırılmasını təklif edirlər.

Siyavuş Novruzov

Siyavuş Novruzov

Qəzet bu təkliflərə həmkarlar təşkilatlarının münasibətini təqdim etməyib.

YAP-ÇI DEPUTAT NAZİRLƏRDƏN NARAZIDIR...

«Yeni Müsavat» qəzeti isə öz səhifəsində hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzovun parlamentdə nazirləri tənqid etməsinə yer verib. Deputat büdcənin qəbulu ilə bağlı müzakirələrdə iqtisadi bloku əhatə edən nazirlərdən heç birinin iştirak etməməsinə ciddi iradlar bildirib.

S.Novruzov Baş nazirin 6 müavinindən heç birinin iclasa qatılmamasına da diqqət çəkib: «Bu cür yanaşma ölkə başçısının qarşıya qoyduğu məqsədə uyğun deyil. Hər bir struktur rəhbəri, onlar barəsində deputatlar tərəfindən qaldırılan suallara cavab verməlidirlər. Milli Məclisə belə yanaşmaq düz deyil, bu onlara çatdırılmalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG