Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56

-

Yaponiya mediası yazır ki, ABŞ Prezidenti Barack Obama Baş nazir Shinzo Abe-dən mayda Rusiyaya getməməyi xahiş edib.

Obama Abe-nin səfəri təxirə salmasını istəyib. Bu səfərin ABŞ-ın Moskvanı təcrid siyasətinə qarşı olduğu bildirilir. Məlumatı fevralın 24-də Kyodo və Jiji agentlikləri yayıb. Rusiyanın Ukraynaya təcavüzü ona qarşı sanksiyalarla sonuclanıb.

Ancaq Abe fevralın 9-da Obamayla telefon söhbətində bu xahişi rədd edib. Onun mayın əvvəlində Putin-lə görüşmək məqsədilə Soçiyə gedəcəyi gözlənir.

Yaponiya Xarici İşlər Nazirliyi Abe və Obama-nın səfərlə bağlı nə danışdığını açıqlamır. Söhbətin əsasən Şimali Koreyanın raket buraxmasına cavab tədbirləri ətrafında getdiyi vurğulanır.

Yaponiya baş naziri Rusiya ilə ərazi mübahisəsini həll etmək niyyətindədir. Mübahisə üzündən tərəflər sülh sazişi bağlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG