Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

AB humanitar böhrandan narahatdır


Makedoniya sərhədində əfqan qaçqınlar

Makedoniya sərhədində əfqan qaçqınlar

-

Yeni sərhəd qadağaları Balkanlardan keçən miqrantlara problemlər yaradır. Avropa Birliyi mümkün humanitar böhranla bağlı planlar hazırladığını bildirir.

Fevralın 23-də AB-nin miqrasiya komissarı Dimitris Avramopoulos və Niderlandın miqrasiya naziri Klaas Dijkhoff birgə bəyanatda Balkan marşrutu boyunca baş verənlərdən narahatlıq ifadə ediblər.

Fevralın 22-də Makedoniya əfqanların ölkəyə girişinə qadağa qoyub. Bir neçə gün öncə Avstriya sərhədə yeni nəzarət təyin edib.

Afina minlərlə miqrantın Yunanıstan sərhədində qalmasına səbəb olmuş AB qadağalarından “narazılığını” bildirib.

Dənizlə İtaliya və Yunanıstana gedən qaçqın və miqrantların sayında nəhəng artım var. Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, ilin əvvəlindən 100 mindən çox qaçqın gəlib. Ötən il bu rəqəm yay aylarında yığılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG